adalet.az header logo
  • Bakı 20°C
07 Oktyabr 2022 15:46
709
GÜNDƏM

Erməni Ombudsmanın nankorluğu: "Azərbaycan erməni əsirlərlə pis rəftar edib..."

Xəbər verdiyimiz kimi, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxış edib.

Səfərov çıxışında bildirdi ki, 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər 1713 meyit və əsir götürülmüş 164 şəxs erməni tərəfinə təhvil verilib.


Amma görünən odur ki, bizim əllərinə keçirdikləri əsirləri diri-diri kütləvi qəbirlərdə basdıran, Azərbaycan tərəfə sağ-salamat əsir verməyən Ermənistatana Azərbaycan hökümətinin humanistliyi bu dəfə də yaramadı.


Adalet.az armenpress.am-a istinadən xəbər verir ki, oktyabrın 6-da Ermənistan Ombudsman Aparatının əməkdaşları Ermənistana ekstradisiya edilmiş 17 məhbusdan 16-sı ilə ayrı-ayrılıqda görüşlər keçirib və nəticələrə görə ayrıca hesabat təqdim edəcəklər.
Ermənistanın ombudsmanı Kristina Qriqoryan jurnalistlərə bildirib ki, məhbusların verdiyi bütün real məlumatlar orada qeydə alınacaq

.

Erməni əsgərlərlə hətta həkimlər tərəfindən də pis rəftar edildiyini vurğulayan Qriqoryan, "Hal-hazırda xəstəxanada olan bir adam var, onunla bu gün təkbətək görüşəcəyik. Onunla söhbətimizdən sonra  işgəncə, pis rəftarla bağlı faktları ictimaiyyətə təqdim edəcəyik ”. dedi.
Qriqoryan bildirib ki, demək olar ki, bütün məhbuslar işgəncələrə məruz qalıb.

Onun sözlərinə görə, 44 günlük Qarabağ müharibəsindən sonra vətənə qayıdan əsirlərlə də təkbətək görüş keçirib, ayrıca hesabat dərc ediblər.
Ombudsman əlavə edib ki, bütün hesabatlar beynəlxalq qurumlara təqdim olunacaq.


Qeyd edək ki, Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Xocavənddə növbəti kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. Xatırladaq ki, həmin kənddə bu ilin fevral ayında da azərbaycanlıların kütləvi dəfn edildiyi məzarlıq tapılmışdı.

Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir”, - deyə ombudsmanın çağırışında bildirilib.

P.S.13-15 sentyabr qarşıdurmasında yaralı erməni hərbçiyə Azərbaycan əsgərinin rəhm etməsi, onun yarasını sarıması həm ermənilərə, həm də beynəlxalq qurumlara tutarlı cavabdır. Belə faktlar minlərlədir və bu kimi faktlar Azərbaycan xalqının humanist, sülhsevər, yardımsevər bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi
 

Əntiqə Rəşid