Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi
Nəcməddin Ərbakan Universitetinin müəllimi, tanınmış alim, türk millətçi baxışları və araşdırmaları ilə seçilən prof.dr. Səlahəddin (Selahattin) Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.
Adalet.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Dünəndən (srağagündən - red.) bəri Azərbaycan nümayəndə heyəti ilə bağlı paylaşımlar oldu və təəssüf ki, mən də yanıldım. Gördüyümüzə inandıq.
İndi hadisələrə yaxından bələd olan bir dostumuz izah etdi. 7 adamlıq nümayəndə heyətindən (Azərbaycan nümayəndə heyəti nəzərdə tutulur - red.) yalnız onu (bir nəfəri, Məqsəd Hüseynovu - red.) zalda saxlayıb, müşahidəçi vəzifəsi vermiş və digərləri çıxmışlar. Salonu tərk edən ölkələr də elə etmişlər.
Üzr istəyirəm...” - professor qeyd edib.
Digər Xəbərlər
27 Sentyabr 2026 13:59
ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyirik - Kobaxidze
27 Sentyabr 2026 13:52
Rusiya Ukraynanın itkilərini yenilədi
27 Sentyabr 2026 13:46
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
27 Sentyabr 2026 13:28


Bakı -°C

