adalet.az header logo
  • Bakı -°C

Hər sözündən bal damırdı... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
68 | 2026-09-27 13:09
A- A+

... Dünyada ən ağır dərdlərdən biri də dost itirməkdir. Məncə , yaxşı dost qardaş qədər, doğma insanlar qədər adama çox yaxındır! Və mən də son illər mənə qardaş qədər yaxın olan dostlarımı itirmişəm , hələ də özümə gələ bilmirəm... İstedadlı şair Orxan Paşanin(Məhərrəm Qasımlı) bu misrası yadıma düşür:" İtirdim dostları, itirdim bir - bir..." Allah and olsun ki, o dostlarımın hər birinin yeri ayrıca görünür! Nə övladları, nə də nəvələri onların yerinə  vermir, heç verə də bilməz ha!  Belə dünyasın dəyişmiş dostlarımdan biri də Ali Məhkəmədə, eləcə də Bakı Ağır  Cinayətlər Məhkəməsində hakim işləmiş, hüquq elmləri doktoru, professor rəhmətlik Ənvər  Seyidovdur! Onun məhkəmə sistemində çox böyük hörmət və nüfuzu olub.

Öz ağayanalığı, ciddiliyi, səmimiyyət , hətta zarafatları ilə digər həmkarlarından fərqlənib. Mən 35 il onunla dostluq eləmişəm və həmişə də  sədaqətini, dürüstlüyünü görmüsəm. Görmüsəm ki, dostalarının ən ağır günündə onları tək qoymayıb,yanlarında olub. Vəzifədə olanda da belə olub, təqaüdə çıxanda da! Və bu gün onun yolunu oğlanları davam etdirir. Xüsusilə də hüquq elmlər namizədi Fərrux Seyidov ! Atasına çox bənzəyir və mən Fərrux müəllimi görəndə elə bil ki, Ənvər Seyidovu görürəm! Bu gün də onunla dostluğumuz davam edir. Və Ənvər müəllimin iyisini onda hiss edirəm! Ənvər Seyidov kimi səliqəli- sahmanlı az adam görmüsəm! Həmişə geyimi- keçimi , səliqəsi yerində olub.

O, çox nadir imsanlardandır ki, qapısına kömyə gələn adamları naümid qoymayıb. Onun qapısını kim döyünsə, qapını üzünə açıb, evinə dəvət edib, çay verib, çorək verib və sonra da onu dinləyib, köm göstərib! Bu, hər vəzifə sahibində olan xüsuiyyət deyil ha! Ona görə də Ənvər müəllimi tanıyan adamlar onu çox istəyirdi və mən də bu sadəliyə, dəyərlərə görə o gözəl ziyalı, səmimi insanı çox istəyirdim. Çünki mənə çətin günümdə arxa olub və " qorxma"- deyib! İndi belə dost var???  Evdən çıxandan iş yerinə qədər ehtiyac içində olub, qabağına çıxıb kömək istəyən insanlara pul verib. Və təqaüddə olanda da bu xeyirxahlığını davam etdirir. O, təqaüd alanda  nə qədər kasıb adamları sevindirib.

Həyəti süpürən qadınlara dava-dərman   almaq üçün kömək  edib və bir dəfə də olsun ondan kömək istəyən adamlara  qaş - qabaq eləməyib! Ənvər Seyidov sözün həqiqi mənasında  əsl İNSAN idi! Və yaddaşlarda da böyük insan kimi qalıb. O, tək hüquqşünas kimi, hakim kimi, alim kimi, professor kimi deyil, həm də də böyük ziyalı, istedadlı şair, yazıçı, dramaturq, ssenarist kimi əbədi bir iz qoyub. Belə ki, Ənvər Seyidov altı böyük romanın, neçə- neçə televiziya tamaşasının gözəl şeirlərin müəllifi idi. Təkcə iki romanı- " Təlatüm" , "Ünvansız eşq" romanı nəyə desən dəyər .

O romanları Ənvər müəllim mənim gözlərim önündə  qələmə alıb! Hər dəfə də soruşdu ki, " Faiq,xoşuna gəldi?" Mən də deyirdim ki, əladır! AzTV- sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimlinin redaktorluğu ilə  Əməkdar mədəniyyət işçisi Məhərrəm Bədirzadə  çox gözəl  tamaşalar hazırladı. Ənvər müəllim mənim qızımın toyunda bir neçə  şerlərini də oxudu. Özü də  şeirləri elə gözəl səsləndirdi ki, toydakılar kövrəldi. Onun ana haqqında , eləcə də  " Oğuzun" şeirləri olduqca səmimi yazılıb. Və təsadüfi deyil ki,  Xalq artisti Flora Kərimova Ənvər Seyidovun şeirlərinə bəstələnmiş mahnıları özünəməxsus bir formada  ifa edib! Bu gün Ənvər müəllim haqqında söz düşəndə onun hakim dostlar, eləcə də iş adamı Firdovsi müəllim, Zakir müəllim, istedadlı aktyor Mitəd  qardaşımız , sürücüsü Samir balamız  çox kövrəlir. Çünki Ənvər müəllimin yaxşılıqları , bal kimi şirin söhbətləri onların yadından çıxmır.

Yadımızdan çıxmayan həm də Ənvər müəllimgilin Novxanıdakı bağında  ağacların , güllərin, çiçəklərin arasında gəzəndə son  damino  oynamağımız , bir tikə çörək kəsməyimiz, çay  içməyimiz və bir də onun şirin zarafatlarıdır!Onun Zakir müəllimlə olan, zarafatları,  Firdovsi  ilə olan zarafatları, mənimlə olan zarafatları heç vaxt yadımdan  çixmır.Mən onun kimi yumorlu, şirin,duzlu adam  çox az görmüşəm! Ona görə də onun dadlı- duzlu , bal kimi şirin söhbətlərindən biz heç vaxt doymurduq. Və o söhətlər ücün biz tamarzıyıq! Dünyasın dəyişəndən sonra bir neçə dəfə yuxuma girib və hər dəfə də xeyir tapmışam. Adam var kı, rəhmətə gedəndən sonra yuxuna girəndə ziyan görürsən !  Ənvər Seyidovun bu dünyası necə gözəl idisə , o dünyası da elə gözəldir! O dünyan, Cənnətin mübarək ,.Ənvər Seyidov!!!

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV