Erməni sakinlərin ərazilərimizi tərk etməsi Ermənistanın məsuliyyətidir

Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistan və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşür.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Skopyedə ATƏT Baş katibi Helqa Şmid ilə görüşü zamanı bildirib.
Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb.
Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.
Digər Xəbərlər

"Bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Dövlət başçısı

"Vətən müharibəsi həm peşəkarlıq, həm milli ruh salnaməsidir" - Prezident

Ceyhun Bayramov: Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir

Nazir: Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırırıq

“Bizə deyilir ki, istintaq davam edir” - Nazir AZAL təyyarəsinin qəzasından danışdı

Prezident Almaniya Kanslerinə məktub göndərdi

İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
