17 Dekabr 2024 15:51
146
GÜNDƏM

Erməni tarixçini dəli edən "Qərbi Azərbaycan" tələbi :"Bakıda türkdən çox erməni yaşayıb" 

Ermənistan tarix elmləri namizədi, tarixi demoqrafiya üzrə mütəxəssis Mikayel Malxasyanın açıqlaması onun tipik həyasız, yalançı və məkrli bir hay olduğunu təsdiqləyər.

 

Adalet.az xəbər verir ki, “Qərbi Azərbaycan icması” nın fəaliyyətində hədsiz dərəcə də narazı qalan
Malxasyan erməni mediasına açıqlama verib. O , bildirib ki, Sovet Azərbaycanında sovet Ermənistanındakı azərbaycanlılardan təxminən 3 dəfə çox ermənilər yaşayırdı:” Azərbaycanlıların Ermənistana köçürülməsi tələbi tamamilə əsassızdır, statistik məlumatlara nəzər salsanız, Bakı üçün xoşagəlməz faktlar ortaya çıxır. 19-cu əsrə aid heç bir topluda, hesabatda və ya digər bu kimi sənəddə “azərbaycanlı” etnonimi qeyd olunmur, belə bir etnik mənşəyə malik deyildilər (Cümlənin bu hissəsi doğrudur: Azərbaycanlı sözündən əvvəl Azərbaycanda yaşayanların böyük əksəriyyəti türk (oğuz türkü ) olub-red-Ə.R) azərbaycanlılar hazırda Ermənistanın indiki ərazisində yaşayan bütün müsəlmanları, istər şiə, istərsə də sünni olaraq birləşdirərək, hamısını “azərbaycanlı” adlandırırlar. Şərqi Ermənistanda erməni əhalisinin demoqrafik onurğa sütunu 1604-cü ildə qırıldı.

Şah Abbasın həyata keçirdiyi məcburi köç nəticəsində Ararat vadisi, Naxçıvan və digər bölgələrdən 600 minə qədər erməni İrana köç edərkən, nəticədə Şərqi Ermənistanın əhəmiyyətli əraziləri boşalmış, müxtəlif müsəlman mənşəli tayfalar məskunlaşmışdır”.


Əziz oxucu, bax həyasızlıq bu cümlədədir . 1813-28-ci illərdə Çar Rusiyası tərəfindən Qafqaza köçürülən haylar necə ola bilər ki, 1604-cü ildə sürgünə məruz qalıblar? Ümumiyyətlə erməni tarixçi bu tarixi hansı kitabdan oxuyub?


Daha sonra Malxasyanın sərsəmləməsi belə davam edir:” Ermənilərin vəziyyətinin demoqrafik baxımdan zəif olduğu bir şəraitdə belə, Azərbaycan ictimaiyyəti, hətta vahid türkdilli ictimaiyyət yox idi. Yəni Bakıda mövcud olan mənbələrdən burada yaşayan müsəlmanların, müxtəlif mənşəli insanların sayını götürüb hamısını bir yerdə azərbaycanlı kimi təqdim edirlər. Rusiya imperiyası dövründə aparılan statistik məlumatlar zamanı hesablamaların daha dəqiq olması üçün iriləşdirib, ayrı-ayrı tayfaları qeyd etmək əvəzinə, ümumi ad qoyub, türkdilliləri Qafqaz tatarları adlandırıblar. Rusiya ictimaiyyəti üçün ən başa düşülən türk dili tatar dilidir, ona görə də Qafqaz tatarı adı gətirilib”.


İndi sual olunur, görəsən tayqulaq Andranikin, gey Njdenin nəvəsi bilirmi ki, Çar Rusiyası Azərbaycanı işğal etməmişdən çox əvvəl azərbaycanılılar  Səfəvilərin dövlət dili türk olan hakimiyyəti altında böyük bir imperiyanın sahibləri olub? Mannanı tanımır, cəhənnəmi tanısın, amma heç tarixlə maraqlana bilmirsə, arabir bədii ədəbiyyat oxusun, məsələn “ Dədə Qorqud”u...


Malxasyan sonra iddia edir ki,1970-ci ilə qədər Bakıda ermənilər və ruslar birlikdə siyahıyaalmada azərbaycanlıları həmişə üstələmişlər. Bakı heç vaxt Azərbaycanın ictimai şəhəri olmayıb, çoxmillətli və böyük sənaye mərkəzi olub, gündəlik danışıq dili rus dili olub, hamı o dildə ünsiyyət qurub, universitetlərdə dərslər monoetnik mühit olan İrəvan kimi deyil, rus dilində keçirilirdi. İrəvanda Bakıdan fərqli olaraq heç vaxt böyük azərbaycanlı məhəlləsi olmayıb, burada böyük erməni məhəlləsi var idi”.
. Hə, tayqulağın nəvəsi, bunu da yazın erməni ilə rusun birlik olub Azərbaycan Demokratik Cumhuriyyətini yıxaraq, öz hakimiyyətlərini qurmasının, öz bildikləri mənfur sistemi Bakıya tətbiq etməsinin ayağına .

Malxasyanın tüstüsü təpəsindən çıxa-çıxa qondardığı saxtakarlıq lap tündləşir: “Azərbaycandan əsassız tələblər irəli sürüləndə bütün bunlardan danışmaq, demək lazımdır ki, 1970-ci ildə siyahıyaalma məlumatlarına görə, Bakıda 207 min erməni yaşayırdı. Peşəkar hesablamalara görə, SSRİ dağılana qədər təkcə Bakıda 250 minə yaxın erməni, Sumqayıtda və digər şəhərlərdə isə xeyli sayda erməni yaşayırdı. Ermənilərin sayı 1970-ci illərə qədər artıb, sonra azalıb, maksimum sayı 486 min nəfərdir, bura Dağlıq Qarabağın keçmiş erməni əhalisi də daxildir, bu rəqəmi çıxarsaq, Azərbaycanda ermənilərin sayı təxminən 360-380 min, əhali artım templərini daha da nəzərə alır: Azərbaycan ərazisində 380-420 min erməni yaşayırdı. Beləliklə, 1979-cu ildə siyahıyaalmaya əsasən Sovet Ermənistanında 160 min azərbaycanlı, Sovet Azərbaycanında 480 min erməni yaşayırdı. Bu rəqəmdən Dağlıq Qarabağın əhalisini çıxarsaq, məlum olur ki, Sovet Azərbaycanında Sovet Ermənistanında yaşayan azərbaycanlılardan 2,5 dəfə çox ermənilər yaşayıb. Üstəlik, Sovet Azərbaycanında ermənilər ümumi əhalinin 12 faizindən çoxunu, Ermənistanda isə azərbaycanlılar təxminən 5 faiz təşkil edirdi. Azərbaycanın indi verdiyi rəqəm, 300-600 min azərbaycanlının Ermənistanı tərk etməsi tamamilə əsassızdır, cəmi 160 min azərbaycanlıdır”.

Erməni “ziyalısı” qorxularını da dilə gətirir: “Deyirlər, 21-ci əsrdə milyonluq İrəvana necə bir şey ola bilər ki... Həmin 21-ci əsrdə Suriya 3 milyonluq, Ermənistanın bütün əhalisinə bərabər olan şəhər deyildimi, amma yıxıldı saatlar ərzində. Azərbaycanda qanun qəbul edilib, ona görə Ermənistanda hər hansı bir yer adının ermənicə adlandırılması qadağandır, Azərbaycan variantlarından istifadə olunur: Azərbaycan Müdafiə Nazirliyi Vardenis, Tavuş, Sevan gölünün adını ermənicə vermir. Biz cəmiyyətlə, bu cür düşünən elita ilə iş görürük. Onlar isə iddia edirlər ki, Ermənistanın bütün ərazisi onlarındır”, - Malxasyan deyə vurğulayıb.

Görünən odur ki, “Qərbi Azərbaycan”icmasının yurdlarına dönmək tələbi erməniləri bər yaralayıb və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin siyasi iradəsinə bələd olan ermənilər bu fəaliyyətdən ehtiyatlandıqlarını, qorxduqlarını gizlətmirlər.


Əntiqə Rəşid