adalet.az header logo
  • Bakı -°C
18 Yanvar 2026 18:00
76
DÜNYA
A- A+

Almaniya əsgərlərinə Qrenlandiyanı tərk etmək əmri verildi

15 Bundesver əsgərindən ibarət qrup adanın paytaxtı Nuukdan uçaraq Qrenlandiyanı erkən tərk edib.

Adalet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, geri qayıtmaq əmri həmin səhər Almaniyadan gəlib və planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Qəfil gedişin səbəbləri rəsmi olaraq açıqlanmayıb. İddialara görə, qərar Qrenlandiya üzərindəki gərginləşən münaqişə və ABŞ prezidenti Donald Trampın yeni ticarət təhdidləri ilə əlaqəli ola bilər, lakin bunun rəsmi təsdiqi yoxdur.

Alman qoşunları Danimarkanın dəvəti ilə NATO missiyasının bir hissəsi olaraq bir neçə gün adada olublar.