Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
Adalet.az xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist “Instagram”da öz səfəri haqqında geniş paylaşımlar edərək minlərlə istifadəçinin diqqətini çəkib.
Olqa səfərdən öncə böyük narahatlıq keçirdiyini və müxtəlif rəsmi qurumlara müraciət etdiyini bildirib:
“Ən əsası onu demək istəyirəm ki, başlanğıcda bu səfərə maksimum dərəcədə hazırlaşmışdım. Mümkün olan bütün xidmətlərə yazmaq qərarına gəldim və hamısı mənə cavab verdi: əlbəttə ki, sizi gözləyirik, gəlin, heç bir problem yaşanmayacaq”.
Sərhəd keçidi zamanı gözlədiyindən də rahat qarşılandığını deyən Tamazyan təəssüratlarını bölüşüb:
“Hava limanına çatanda şokda idim. Sərhədçilər bizi çağırdılar, baş zabiti dəvət etdilər. O, sadəcə harada qalacağımızı soruşdu və vəssalam. Bu, cəmi beş dəqiqə vaxtımızı aldı”.
Tamazyan vurğulayıb ki, Bakıda olduqları müddətdə mehmanxanada, taksidə və şəhərin müxtəlif yerlərində erməni soyadlarını görmələrinə baxmayaraq, bir nəfərdən belə mənfi münasibət və ya mənfi söz eşitməyiblər. Bakıda Zəfər Parkını da ziyarət edən turist qeyd edib ki, onun şəxsi təcrübəsi əvvəllər onda olan qorxuları tamamilə alt-üst edib.
Digər Xəbərlər
21 Oktyabr 2026 07:10
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
20 Oktyabr 2026 13:27
“Subay adamla sevgili ola bilmərəm?” - Renka əsəbləşdi
20 Oktyabr 2026 13:25
Şəbnəm Tovuzlunun qızı ABŞ-yə köçür
20 Oktyabr 2026 13:06
“Navai” azadlığa buraxıldı
20 Oktyabr 2026 10:57
“Kızılcık şerbeti”ndən çıxarıldı: "Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm"
20 Oktyabr 2026 09:55
Tanınmış meyxanaçı vəfat etdi
20 Oktyabr 2026 07:55
“Çox axmaqca bir seçim idi, səsim tamamilə dəyişdi” - Selena Qomezdən etiraf
19 Oktyabr 2026 17:45


Bakı -°C

