Ermənilər apreldə ucaldıb, indi sökmək istədikləri heykəl: Rusiya Puşkinə görə susacaqmı?
Xəbər verdiyimiz kimi, ötən ay Kiyevdə dahi rus şairi Aleksandr Puşkinin şəhərin mərkəzində yerləşən büstü sökülüb. “Dekommunizasiya. Ukrayna” layihəsinin həmtəsisçisi Vadim Pozdnyakov, Puşkini “Rusiya dünyasının simvolu” adlandırdı və sökülmənin may ayında həlak olan ukraynalı leytenant Denis Antipovun şərəfinə həyata keçirildiyini söylədi.
Bir neçə gün əvvəl isə Riqanın mərkəzi parkında naməlum şəxslər yazıçı Aleksandr Puşkinin abidəsini qırmızı boya ilə boyayıblar. Hadisədən cəmi 6 gün sonra şairin Moldavanın Faleşti şəhərindəki heykəlinin başını qoparıblar.
Anlayırıq: Ukraynanı və Ukraynanın yanında olan dövlətlərin qəzəbini...
O zaman mövcudluğu və varlığının davam etməsi Rusiyadan asılı olan Ermənistana nələr olub?
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, “sən qulsan, sən oğrusan, sən ermənisən” sözləri ilə erməninin iç üzünü dünyaya tanıdan dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin heykəli təhlükə qarşısındadır. Beləki, İrəvanda bir neçə partiya rəhbəri və üzvləri Ermənistanda olan rus abidələrinin sökülməsini tələb edərək, aksiya keçiriblər.
Qeyd edək ki, 23 aprel 2022-ci ildə açılış mərasimi olan abidəi Vanadzor (Qarakilsə rayonu ) şəhərindən Taşirə gedən yolda, Puşkin aşırımı deyilən yerdə açılıb.
Xatırladaq ki, dünyada Puşkinin 270 heykəli var. Onlardan 200-ü Rusiyadadır. Qalanları Azərbaycanda, Ermənistanda, Yunanıstanda, Kanadada, Meksikada və bir sıra ölkələrdə ucaldılıb.
P.S. 200 ildən də çoxdu bəşəriyyətin tez-tez xatırladığı və ermənini 1 cümləyə sığdıran “Sən qorxaq, sən qul, sən ermənisən”frazası! Puşkini məhz bu frazaya görə ölənə qədər xatırlayacağam!
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Aprel 2026 13:50
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı
02 Aprel 2026 13:31
“Ümumiyyətlə, ağıllı insan üçün danışmaq vasitə deyil...”
02 Aprel 2026 11:07
"Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
02 Aprel 2026 10:56
Sığortaçılar Assosiasiyasına yeni rəhbər təyin olundu
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47


Bakı -°C

