Ermənilər Batumidə 31 milyon dollarlıq heroinlə tutuldu: 300 kq
Qafqazda 5 ən böyük problemlərdən biri də Gürcüstan-Ermənistan sərhədində aylarla yatıb qalan yük maşınlarının problemidir.
Son 5 ildir aktivləşən bu problemi Ermənistan Gürcüstanın, gürcüstan isə Ermənistanın üstünə atır. Təsəvvür edin , təkcə ötən ilin oktyabrında Sadaxlıdan Ermənistana giriş üçün 233 yük maşını növbədə gözləyib.
Amma həmin ilin noyabrın 8-də elektron növbədə 1405 yük maşını olub ki, onlardan 439-u Ermənistan nömrə nişanlı olub.
Bu yenə yaxşı rəqəmdir. 2022-ci ilin noyabrında Gürcüstan sərhədində 1600-ə qədər erməni yükü olan avtomobil dayanmışdı.
Nəhayət, bu olacaqlara Gürcüstan tərəf bir açıqlama gətirə bilib.
Adalet.az xəbər verir ki, Gürcüstan gömrükçüləri Ermənistandan daxil olan yük maşınında 300 kq-a yaxın heroin aşkar ediblər.
Məlumatı Gürcüstan xidməti Daxili İşlər Nazirliyi yayıb.
Gömrük sənədlərinə əsasən, yük maşınına yanğınsöndürən kərpic yüklənib. Əslində, orada Batumi vasitəsilə Avropaya daşınmalı olan narkotiklər var imiş.
Gömrükçülər yük maşınının qoşqusuna ətraflı baxış keçirən zaman kərpicə oxşayan 600 ədəd plastik qab aşkar ediblər. Onların içərisində 85 milyon lari (31 milyon dollar) dəyərində 298 kq heroin olub.
Yük maşınının sürücüsünü 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
Qeyd edək ki, ötən həftə Ermənistanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, Gürcüstan-Ermənistan sərhədində erməni konyakı ilə yüklənmiş onlarla yük maşını hələ də gözləmədədir. Qurumun məlumatına görə, Gürcüstanın nəzarət-buraxılış məntəqəsində 72 yük maşını saxlanılıb, onlardan yalnız 52-si sərhədi keçərək Rusiyaya daxil olmaq üçün icazə alıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Dekabr 2025 10:22
Qayınanasını boğaraq qətlə yetirən gəlin və qardaşı saxlanılıb - YENİLƏNİB
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08
Salyanda narkotik vasitə satmaq istədilər - Tutuldular
13 Dekabr 2025 12:40
Bakıda quldurluq edib Tərtərdə gizləndi - VİDEO
13 Dekabr 2025 11:02
İşğaldan azad olunan bölgələrdə silah-sursat aşkarlandı
11 Dekabr 2025 12:45
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi - FOTO
11 Dekabr 2025 10:09
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
10 Dekabr 2025 15:01


Bakı -°C

