Ermənilərin "mənəvi dəyərləri"nə qoşa qapaz: "Bu zərbəni "türk agent"i vurur
Hazırda sosial şəbəkələrin erməni seqmentində 10 ballıq zəlzələ effekti yaradan mövzunun müzakirəsi gedir.
Ermənistanda xaçların və abidələrin yaz ayından etibarən yığışdırılması, indi isə ermənilərin Sünik adlandırdığı Zəngəzurda prosesin genişlənməsi ermənilərdə soyuq duş effekti yaradıb. Ermənilər dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında qeyri-qanuni ucaldılmış (quraşdırılmış) xatirə daşlarının, xaçların və xaçkarların demontajını (sökülməsi) günahını Paşinyan hökümətində görürlər. Onların fikrincə, Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışan Paşinyanın bu hərəkəti “Əliyevin xoşuna gəlməsi” üçün mesajdır. Demək olar ki, ermənilər baş nazir Paşinyanı “türk oğlu deyə “təhqir” edir, onun bir türk agenti olmasını da istisna etmirlər.
Üstəlik, Ermənistan parlamentinin sədri Alen Simonyanın Ağrıdağla bağlı açıqlaması da yanan bu ocağın üstünə necə deyərlər, yağ tökdü. Bilirsiniz də, Ermənistanın dövlət gerbində Türkiyəyə qarşı ərazi iddiası var. Qardaş ölkənin Ağrı dağı Ermənistanın gerbinə “simvol” kimi daxil edilib.
Simonyan həmin simvolu nəzərdə tutaraq, deyib ki, gec-tez Ermənistanın himni dəyişdirilməlidir, dövlətimiz və erməni musiqisi ilə əlaqəli, himn qaydalarına uyğun olmalıdır: “Mənim fikrimcə, himni möhtəşəm, misilsiz və maksimum erməni musiqisi ilə əvəz etmək lazımdır, xaricdən gələn mövcud himnin dəyişdirilməsi zərurətdir.
Gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik, Ermənistan su altında qala bilməz, bu, (Nuhun tufanı – red.) bəşəriyyətin cəzası idi, şir Feysbuk smaylıki kimi təsvir edilə və Ermənistanı qoruyan qılınc zəncirlənə bilməz”.
Yəqin ki, Xocalı qatili Serj Sarkisyanın prezident olarkən törətdiyi cinayətləri unutmamısınız. İrqi, dini, milli ayrıseçkilik edərək yüzlərlə azərbaycanlının işğəncələrə məruz qalması, məhv edilməsi məhz onun faşist fəaliyyətinin nəticəsi olub. O hətta gənc nəsli də dəfələrlə özü kimi qaniçən olmağa çağırışlar etmişdi. Yadınıza gələr: 2010-cu ildə Ermənistandakı bayram tədbirlərinin birində o vaxtkı Ermənistan prezidenti Serj Sarksyan erməni gənclərə təxminən belə bir tövsiyyə etmişdi: “Biz Qarabağı aldıq, sizində borcunuzdur ki, Araratı (Ağrı dağı) bütünlüklə ərazimizə daxil edəsiniz”.
Bəli, 2010-cu ildə verilən o qanlı tövsiyyə, 2016, 2017, 2020- ci illərdə öz qanlı nəticəsini göstərdi. 2010 –cu ildə 12-13 yaşlı şagirdə, yaxud yeniyetmə və gəncə verilən tövsiyyə onların məhv edilməsinə gətirib çıxartdı.Minlərlə erməni gənci torpağa qarışdı.
Yəqin ki, Paşinyan erməni gənclərin ölməsini istəmədiyini bu yolla dayandırmaq istəyir...
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58


Bakı -°C

