08 Sentyabr 2023 10:22
1489
MARAQLI

Ermənilərin Qarabağda törətdikləri cinayətlər-1906-cı ilin mart ayı

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verir. Növbəti yazını təqdim edirik:

Qarabağ hadisəsi-1906-cı ilin mart ayı

Ermənilərin Qarabağda törətdikləri cinayətlər və qırğınlar haqqında hər gün rus dövlət orqanlarına xəbər çatdırılsa da, heç bir tədbir görmürdülər. Nəhayət Qarabağa bir neçə yüz silahlı kazak göndərildi. Əvvəlcə Ağdağa gələn bu silahlı kazaklar ermənilərin fitvası ilə burada müsəlmanlara qarşı ədalətsiz hərəkətlərə yol verdiklərinə görə böyük qarışıqlıq əmələ gəldi. Kazakların silahsız əhaliyə qarşı açdıqları atəş nəticəsində üç nəfər adam qətlə yetirildi. Həkim Mirzə Məhəmmədin oğlu Mirzə Mehdini də məscidin qabağında dəstəmaz aldığı yerdə güllə ilə vurub öldürdülər. 

Ağdam əhalisi hadisə ilə əlaqədar yuxarı dövlət orqanlarına şikayət etdikdən sonra hərbi qubernatoru oraya göndərdilər. Qubernatorun Ağdama gəldiyini bilən kimi camaat meydana toplaşdı. Qubernator camaata müraciət edərək dedi ki, ey müsəlmanlar bizim padşahımız sizdən çox razıdır. Siz padşahın sağ gözü, kazaklar isə sol gözləridir. Kazakların bu xətalarını bağışlayın. Qarışıqlıq düşdüyündən səhv ediblər. 
Hərbi qubernator müsəlmanlara təskinlik verdikdən sonra Ağdama gəlmiş kazakların bir neçə dəstəsini ermənilərə qulaqburması vermək üçün Tağ, Tuğ, Güney, və Quzey Çartaz kəndlərinə göndərdi. Kazaklar bu dörd kəndi tüfəng və top atəşinə tutdular və bir çox evlərə od vurub yandırdılar. Ermənilərin övrət-uşağı ağlaya-ağlaya, çığıra-çığıra kazaklara yalvarırdılar. Kazaklar onların yalvarmasına baxmayaraq evlərə girib əllərinə keçən pulu, qızılı, gümüşü, daş-qaşı və başqa zinət şeylərini qarət edir, qadınların və qızların üstündə zinətləri qoparıb aparırdılar. Evlərdə olan sandıqları sındırıb içində olan təzə və köhnə palazların hamısını götürüb aparırdılar. Bir para şeyləri isə çıxarıb bir-birinin üstünə yığaraq od vururdular. Gözəl erməni qız və qadınların zorlayaraq təcavüz edirdilər. Bu hadisə haqqında Qalaya xəbər çatdıqdan sonra ermənilər pul toplayıb dövlətin böyüklərinə teleqraf vuraraq kazakların yaramaz işlərində şikayət etdilər”. 
Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı. 
Vasif Əlihüseyn 
Ardı var...