Ermənini öldürüb cinayəti müsəlmanların boynuna yıxdılar - Şuşa şəhərində baş verən hadisə

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:
Ramazan ayında Şuşa şəhərində baş verən hadisə
Məsumovlardan olan bir erməni öldürülmüşdü. Ermənilərin qəsdən bu ölüm hadisəsinin izini gətirib müsəlman bazarına çıxardılar və onu müsəlmanlar öldürdüyünü söylədilər. Odur ki, divan əhli müsəlmanlar arasında axtarış aparmağa başladı. Müsəlmanlar bildirdilər ki, biz heç vaxt belə namərdliyə yol vermərik. Bunu ermənilərin özləri edib bizim üstümüzə yıxırlar ki, müsəlmanları müqəssir etsinlər.
Xülasə çox çəkişmələrdən sonra ermənilərin sakitləşdirilməsindən ötrü divan bir dəstə atlı kazak və br dəstə piyada götürüb qubernatorla birlikdə müsəlman meydanına gəldilər. Qubernator bir kağız oxuyaraq bildirdi ki, sərdarın hökmünə əsasən gərək ölən erməninin meyitini verəsiniz. Əgər onun meyiti verilməsə, bu Şeytanbazar adlanan dükanlardan gərək bir neçə yüz manat pul toplayıb o ölən erməninin külətinə verəsiniz.
Bir-iki gündən sonra rus qoşunu yenə gəlib o qərarla müsəlman bazarına keçdi. Qubernator müsəlmanlarla yumşaq rəftar edirdi, cənab qazi və əyanilarla xoş davranırdı. Ramazan ayının 18-ci günü qubernator belə məsləhət gördü ki, müsəlman əhli dükan-bazarı bağlayıb toy və musiqi çala-çala padşahın fərmanı olunacaq böyük bir yerə gəlsinlər. Müsəlmanlar cavab verdilər ki, bu günlər bizim əziz və təziyə günlərimizdir. Odur ki, musiqi və toy çalmaz olmaz. Özümüz isə toplaşıb ora gələ bilərik. Danışığa əsasən müsəlmanlar bazar-dükanı bağlayıb böyük bir izdihamla şahın iki şəkli və on bayraq əllərində bazardan keçərək divanxananın qabağına gəldilər və əyanlar da gəlib bağda qərar tutdular. Qubernator böyük çinovniklərlə müsəlmanların toplaşdığı yerə gəldi. Kilsənin ətrafı kiçik olduğundan qubernator alimlər və əyanlarla birlikdə su anbarının üstünə gəldilər. Bura həm də hündür idi. Camaat isə əllərində bayraqlar və padşahın şəkillərini anbarın qabaq tərəfinə yığmışdılar. Hər tərəf camaatla dolu idi. Camaatın gurultusundan qulaq tutulurdu. Bir atlı kazak dəstəsi gəlib bir tərəfdə sədd çəkib durmuşdu. Bu qədər camaatın içində vur-tut beş nəfər var idi. Onlardan biri qubernatorun yanında, dörd nəfəri isə kilsənin qabağında dayanmışdı. Onların birisinin adı Amrimov Mikit idi...”.
Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı.
Vasif Əlihüseyn
Ardı var...