12 Fevral 2024 15:58
339
SİYASƏT

"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcburdur" – Politoloqdan ŞƏRH

“Nikol Paşinyanın Azərbaycanla sülhlə bağlı "Teleqraf" media holdinqə verdiyi müsahibədə söylədiyi fikirlər hesab edirəm ki, Böyük Britaniya auditorisyasını və bütövlükdə Qərbi Azərbaycanla Ermənistan arasında baş verə biləcək sülh prosesi ilə bağlı yanlış məlumatlarla yükləməyə yönəlmişdi”

Bu fikirləri Adalet.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, bu fikri Azərbaycanın Ermənistana təklif etdiyi beşmaddəli sülh təklifini Ermənistanın bəhanələr gətirərək manipulyasiyalara məruz qoyduğuna işarə verərək əsaslandırır.

Politoloq qeyd edir ki, eyni zamanda Ermənistan sülh danışıqları üçün ortada olan qərarların heç birinə əməl etmir və biz görürük ki, məhz Ermənistanın provakakasiyaları, təxribatları üzündən Azərbaycanla-Ermənistan arasında delimitasiya komissiyalarının iclasları çox ləng keçir. Təbii ki bugün Ermənistan öz adına deyil, daha çox xaricdəki havadarlarından aldığı bəyanatları və əmrləri səsləndirir. Mən hesab edirəm ki, Paşinyanın sülhlə bağlı mətbuata verdiyi müsahibədə söylədiyi yalanlar daha çox Ermənistanın guya sülhə hazır olmağı ilə bağlı fon yaratmağa hesablanmışdı. Şübhəsiz ki Ermənistan bölgədə sülhün olmağında maraqlı deyil. Belə olan təqdirdə heç 2020-ci ildə biz 44 günlük Vətən müharibəsinə də başlamazdıq. Sadəcə olaraq Azərbaycan qalib tərəf kimi regionda şərtləri diqtə edir və Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi müsahibədə özündə o siyasi diplomatik etiketi taparaq cəsarətlə etiraf edə bilmir ki, məhz Azərbaycanın qələbəsinə görə Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcburdur. Və eyni zamanda bugünə qədər Azərbaycanın sülhlə bağlı bütün çağırışları Ermənistan tərəfindən blok edildiyi də ortadadır. Yəni Ermənistan Fransanın və müxtəlif xarici dairələrin təhdidləri, təzyiqləri, həmçinin birbaşa direktidləri ilə Cənubi Qafqaz bölgəsində gərginliyin qalmağında maraqlı tərəf qismində iştirak edir, qlobal imperiyalizmin və neo-imperiyalist cəhdlərin davamçısı qismində çıxış edir.

Emin