adalet.az header logo
  • Bakı -°C
13 Avqust 2026 12:04
72
DÜNYA
A- A+

Ermənistan COP 17-yə görə 7 milyon dollar ayırdı

Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflərinin 17-ci Konfransı (COP 17) üçün əlavə 2 milyard 640 milyon 797,5 min dram (7,2 milyon ABŞ dolları – red.) ayrılıb.

Adalet.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin 13 avqustda keçirilən iclasında qəbul edilib.

Qeyd olunur ki, vəsait Nazirlər Kabinetinin ehtiyat fondundan ayrılacaq və mebel, avadanlıq alınmasına, nəqliyyat xərclərinin ödənilməsinə və digər xərclərə sərf olunacaq.