"Ermənistan hökuməti bunu düzgün təhlil etsə, sülh əlçatandır" - Prezident
Sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu, belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı əmin olunduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən “Qarabağ Ermənistandır!” bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır. “Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.
Digər Xəbərlər
23 Sentyabr 2026 09:36
Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
23 Sentyabr 2026 00:05
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı
22 Sentyabr 2026 23:57
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü - YENİLƏNİB
22 Sentyabr 2026 23:53
Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir
22 Sentyabr 2026 22:12
“Yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq” - VİDEO
22 Sentyabr 2026 21:00
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
22 Sentyabr 2026 19:58
Tramp İlham Əliyevdən sitat gətirdi
22 Sentyabr 2026 19:28


Bakı -°C

