07 Sentyabr 2024 10:32
303
DÜNYA

Ermənistan ordusunun generalları korrupsioner imiş - Yeni faktlar

Xəbər verdiyimiz kimi, Ermənistan Milli Təhlükəsizlik Xidməti Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın həbs edildiyini təsdiqlədikdən sonra onun, səlahiyyətlərindən sui-istifadə və xüsusi böyük həcmdə mənimsəmədə ittiham edildiyini də vurğulayıb.

Adalet.az xəbər verir ki, Prokurorluq yüksək rütbəli hərbçilərin əmlakının mənşəyini araşdırır və növbəti dəfə Ermənistan Silahlı Qüvvələrin Aviasiya İdarəsinin sabiq rəisi Avetik Muradyanın əmlakı prokurorluğun diqqət mərkəzinə düşüb. Beləki, Avetik Muradyan və onunla əlaqəli şəxslər tanışlıq üçün, əmlaklarının qanuniliyinin araşdırılması ilə bağlı açıqlama vermək üçün həmin idarəyə dəvət olunublar. Onlar sentyabrın 11-də prokurorluğa gəlməlidirlər.
Qeyd edək ki, hələ 2021-ci ildə keçmiş müdafiə naziri David Tonoyanın axtarışa verilərək həbs edilməsi ilə bağlı qərar çıxarılandan sonra Avetik Muradyanın və Stepan Qalstyanın evində də axtarışlara start verildi .
Erməni mediası onu da qeyd edir ki, Ermənistan Baş Prokurorluğu general-mayor Qriqori Xaçaturov barəsində də girov və inzibati nəzarət qətimkan tədbiri seçib.

 Əntiqə Rəşid