27 Mart 2025 18:00
343
DÜNYA

Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib

Ermənistan Parlamenti səs çoxluğu ilə baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edərək müstəqil deputat Ovik Ağazaryan və müxalifətin “Mənim şərəfim var” fraksiyasından olan deputat Taron Marqaryana qarşı cinayət işinin başlanmasına icazə verib.

Adalet.az xəbər verir ki, müvafiq qərar parlamentdə keçirilən gizli səsvermə nəticəsində qəbul edilib.

    Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinin lehinə 65 deputat, əleyhinə isə 0 səs verib. Taron Markaryanın deputat toxunulmazlığından məhrum edilməsinin lehinə 67 deputat, əleyhinə isə 2 deputat səs verib.

    "Ağazaryana qarşı irəli sürülən ittihamda bildirilir ki, o, başqa şəxsə saxta sənədlərdən istifadə edərək kənd təsərrüfatı heyvanlarının ixracını təşkil edəcəyini vəd edib. İxrac Ermənistan Respublikasının Qida Təhlükəsizliyi Müfəttişliyinin məmurlarına rüşvət vermə yolu ilə həyata keçirilməli idi. Ağazaryan 150-200 baş mal-qaranın ixracını təşkil etmək üçün iş adamlarından 200-300 min dollar almaq niyyətində olub. Həmçinin, Ağazaryan Ajapnyakdakı 136 saylı ibtidai məktəbin qəzalı binasının sökülməsini təşkil etmək və yaşayış binasının tikintisi üçün ərazinin verilməsini təşkil etmək üçün vətəndaş Aram Mkrtçyandan 23 min dollar 300 min dram rüşvət tələb edib", - deyə bildirilir.

    Taron Markaryana gəlincə, ona qarşı müxtəlif illərdə çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələrlə ittiham irəli sürüləcək.