Səhiyyə Nazirliyinin rəhbərliyi Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib - FOTOLAR

Aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim Zərifə xanım Əliyevanın anadan olmasından 102 il keçir.
Adalet.az xəbər verir ki, bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanını ziyarət edərək, xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Həmçinin, görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Akademik Zərifə xanım Əliyevanın tədqiqatları və alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində mühüm mərhələ təşkil edir. Azərbaycan oftalmologiya elmini dünyada tanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Digər Xəbərlər

Hərbçilərin maaşı ilə bağlı qərar verildi

Heydər məscidi ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edildi

Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Zərifə Əliyevanı yad ediblər - FOTOLAR

Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO

Voskanyanın "Pezeşkian" sancısı:"Bakının anti-erməni məqsədi olan Turan dəhlizi..."

Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
