Voskanyanın "Pezeşkian" sancısı:"Bakının anti-erməni məqsədi olan Turan dəhlizi..."

Xəbər vermişdik ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana səfər edir. Səfər ikitərəfli əməkdaşlığı və dostluq əlaqələrini gücləndirmək niyyəti daşıyır. İran regional gərginliyi azaltmaqla Culfa-Naxçıvan dəmir yolunu yenidən canlandıra, Bakı ilə İrəvan arasında etimadın yaranmasına kömək edə bilər. Bununla yanaşı, transsərhəd bazarların inkişafı, regional təşkilatlarda əməkdaşlıq və Xəzər dənizinin hüquqi rejimi kimi strateji məsələlər üzrə dialoq münasibətlərin möhkəmlənməsi üçün əsasdır.
Ermənilər yeganə "müttəfiq qonşu" kimi dəyərləndirdiyi İranın Azərbaycanla heç bir diplomatik əlaqəsinin olmasını istəmədiyi bir vaxtda bu xəbəri məyusluqla qarşılayıb.
Adalet.az xəbər verir ki, Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, iranşünas Vardan Voskanyanın açıqlaması bu narahatçılığı üzə çıxarır. Beləki, bütün açıqlamalarında ədavəti və nifrəti qızışdıran revanşist Voskanyan Azərbaycan İran prezidentinin səfərindən tam şəkildə anti-erməni məqsədləri üçün istifadə etməyə çalışacağını vurğulayıb:"İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri bir çox aspektlərdə mahiyyətcə həll olunmayan ikitərəfli məsələlərin mürəkkəb düyünündə demək olar ki, heç nəyi dəyişməyəcək".
Hətta alimdən , ziyalıdan çox separatçı kimi danışan Voskanyan "proqnozlarını öz təfəkkürünə uyğun vurğulayıb:"Lakin Bakıdakı rejim səfərdən tam şəkildə anti-erməni məqsədləri üçün istifadə etməyə çalışacaq. Buna uyğun olaraq qeyd etmək lazımdır ki, İranın “Turan dəhlizi” (Bakıda ona “Zəngəzur dəhlizi” ləqəbi verilir) ilə bağlı mövqelərində heç bir şəraitdə dəyişiklik və ya yumşalma ola bilməz".
Narahatçılığını heç cür basıb-bağlaya bilməyən Voskanyan özünə təsəlli də verir:" İran Bakıdakı rejimlə başqa heç bir anti-erməni məsələsində razılığa gələ bilməz, çünki bu, Tehranın da maraqlarına uyğun deyil. Bakı təbliğat maşınının artıq dövriyyəyə buraxdığı, guya erməni tərəfinin “Turan dəhlizi” vermədiyi təqdirdə Naxçıvanla quru əlaqəsinin İran ərazisindən həyata keçiriləcəyi barədə yalan tezis Ermənistana sırf primitiv təzyiq vasitəsidir".
Qeyd edək ki, Voskanyanın bəlkədə ən çox qorxduğu Zəngəzur dəhlizinin açılmasıdır. Beləki o ötən ilin oktyabrında qeyd etmişdi ki, Zəngəzur dəhlizi “Turan dəhlizi”dir ki, Azərbaycanla Naxçıvan arasında deyil, Türkiyə ilə Azərbaycan arasında quru əlaqəni təmin etməli, həm də Türkiyə ilə Orta Asiyanın türkdilli dövlətləri arasında ən qısa və fasiləsiz rabitə yolu Azərbaycan üzərindən keçməlidir.
Müvafiq olaraq, Zəngəzur dəhlizi adı sadəcə olaraq öz əsl məzmunu və mülahizəsini gizlətmək üçün bir vasitədir. Ona görə də “Turan dəhlizi” onun əsl mahiyyətini əks etdirir”.
İran Prezidenti Pezeşkianinin Bakı səfəri Voskanyanın bu qorxusunu pik həddə çatdırıb.
Əntiqə Rəşid
Digər Xəbərlər

Hərbçilərin maaşı ilə bağlı qərar verildi

Heydər məscidi ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edildi

Səhiyyə Nazirliyinin rəhbərliyi Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib - FOTOLAR

Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Zərifə Əliyevanı yad ediblər - FOTOLAR

Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO

Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
