"Rusiya -Ukrayna enerji obyektləri ilə bağlı razılaşma əldə etdi"
"ABŞ–Rusiya və Ukrayna arasında aparılan danışıqlarda müsbət irəliləyiş əldə olunub. İlk növbədə, Rusiya və Ukrayna qarşılıqlı olaraq enerji obyektlərinə zərbələrin vurulmasını dayandırıblar. İkinci mühüm məqam isə Rusiya və Ukraynanın birbaşa ikitərəfli danışıqlara razılaşmasıdır. Qarşılıqlı enerji obyektlərinə hücumların dayandırılması danışıqlar prosesində ciddi irəliləyişdir".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, müharibə dövründə həm Ukrayna, həm də Rusiya bir-birinin enerji infrastrukturuna sarsıdıcı zərbələr endirirdi ki, bu da xüsusilə mülki əhali və iqtisadiyyat üçün ağır nəticələr doğururub:
"Qeyd edim ki, Rusiyanın cəbhə xəttində əhəmiyyətli irəliləyişlər əldə edə bilməməsi və Ukraynanın güclü müqaviməti Vladimir Putini müəyyən güzəştlərə getməyə məcbur edir. Əbu-Dabidə razılaşdırılan ən vacib proseslərdən biri məhz Rusiya və Ukraynanın birbaşa danışıqlar aparmasıdır. Bu ikitərəfli təmaslar humanitar məsələlərin həllinə, eləcə də sənəd üzərində konkret razılaşmaların əldə olunmasına zəmin yarada bilər.
Danışıqlar prosesində Avropa İttifaqı kənarda qalmayıb. Əksinə, Avropa İttifaqının Ukraynaya göstərdiyi ciddi siyasi, iqtisadi və hərbi dəstək Rusiya–ABŞ arasında mümkün sövdələşmə ehtimallarını xeyli zəiflədib. Ukrayna Avropa İttifaqının dəstəyi sayəsində danışıqlarda öz mövqeyini qoruyur.
Əgər ikitərəfli danışıqlar müsbət istiqamətdə davam edərsə, atəşkəsin əldə olunması mümkün görünür. Rusiya da hazırda atəşkəsə getməkdə maraqlıdı görünür. Çünki yeni ərazilər işğal etmək imkanları məhduddur və cəbhədə verilən itkilər kifayət qədər böyükdür".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Yanvar 2026 19:16
Rəşad Nəbiyev BP rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO
30 Yanvar 2026 18:50
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi
30 Yanvar 2026 18:43
Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi
30 Yanvar 2026 18:13
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
30 Yanvar 2026 18:08
“Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır...”
30 Yanvar 2026 17:00
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü
29 Yanvar 2026 18:00
Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşdü
29 Yanvar 2026 17:27


Bakı -°C

