Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanı iştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcı silahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onların istifadə qaydalarını öyrənərək məşq edib, eləcə də atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.
Sonra tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyət ilə taktiki və kəşfiyyat hazırlıqları üzrə məşğələlər keçirilib.
Praktiki məşğələlər zamanı iştirakçılar təyin edilmiş əraziyə çıxış, qruplar halında gizlin hərəkət etmə üsulları, düşmən obyektinə yaxınlaşma, pusqunun qurulması və şərti düşmən texnikasının şəxsi heyətlə birgə ələ keçirilməsi, eləcə də digər təlim tapşırıqlarını icra ediblər.
Digər Xəbərlər

Hərbçilərin maaşı ilə bağlı qərar verildi

Heydər məscidi ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edildi

Səhiyyə Nazirliyinin rəhbərliyi Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib - FOTOLAR

Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Zərifə Əliyevanı yad ediblər - FOTOLAR

Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb

Voskanyanın "Pezeşkian" sancısı:"Bakının anti-erməni məqsədi olan Turan dəhlizi..."

Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
