28 Aprel 2025 13:21
90
ŞOU-BİZNES

Qumral: “Mən daha çox gündəmdəyəm, nəinki Aysun”

Qurmal Musayeva ilə aparıcı Zaur Nəbioğlu arasında gərginlik yaşanıb.

Adalet.az xəbər verir ki, aparıcının “müğənni qızların içində gündəmə olan Aysun xanımdır” fikri Qurmalın xoşuna gəlməyib:

“Sizin bu fikrinizlə razı deyiləm. Necə yəni gündəmdə olan Aysundur?! Mən heç kəsdən özümü  gündəmdə nə zəif, nə arxada hiss etmirəm. Səndən incidim. Bu doğru fikir deyil. Mən daha çox sevilirəm. Mən daha çox gündəmdəyəm, nəinki Aysun. Onunla gündəm məsələsində bir addım belə geri qalmıram, hətta öndə də olaram. Mən sənətimi ailəmlə davam etdirirəm. Bunu nəzərə alın. Bir qadın üçün həm ailəsini qorumaq, həm gündəmdə qalmaq çox çətin məsələdir. Ailə çox çətin bir şeydir, onu qoruyub- saxlamaq bir çox qurbanlar tələb edir. Bu gün mən ailəmlə və sənətimlə efirdəyəmsə, demək mən hamıdan öndəyəm. Çünki mən nə şan-şöhrət üçün, nə para-pul üçün, nə də başqa səhvlərə görə ailəmi dağətmamışam. Mən dözümlü xanımam. Bütün çətinliklərə dözüb ailəmi qorumuşam.”

Əntiqə