"Bu, həm Azərbaycan, həm də İran üçün tarixi hadisə olacaq" - İqtisadçı
"Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir. Bu səfər regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı daha da gücləndirəcək, hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, İranla Azərbaycanın zəngin tarixi, mədəni əlaqələri xalqlarımız arasında dərin etimad və anlayışın formalaşmasına kömək edir:
"İkitərəfli ticarət dövriyyəsi sürətlə artmaqdadır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 2024-cü ildə 33 faiz artaraq 650 milyon dollara yaxınlaşıb. Azərbaycandan İrana neft-kimya məhsulları, kənd təsərrüfatı və plastik məmulatlar, İrandan isə bizə ərzaq məhsulları və tikinti materialları daha çox daşınıb. Yarım trilyon dollara yaxın ÜDM-ə sahib və 765 km uzunluğunda sərhəd xətti olan bir ölkə ilə bu ticarət dövriyyəsi potensialdan xeyli azdır. İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib və bu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və ticarət sahələrində mühüm əməkdaşlığı əhatə edir.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı iki ölkə arasında dialoqların mərkəzində duran məsələlərdən biridir. 2024-cü ildə bu dəhliz üzrə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ticarət dövriyyəsində olduğu kimi, bu yükdaşıma üzrə də real rəqəmlər potensialdan çox azdır".
İqtisadçı hesab edir ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digər dəhliz elementləri üzrə görülən işlər bu istiqamətdə effektivliyi artıra bilər: "Həmçinin, Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi digər iqtisadi potensialı da üzə çıxara bilər. Bir məqamı xüsusi qeyd edim ki, 2027-ci ildə Xudafərin körpüsünün yubileyi qeyd ediləcək. Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq. Bu minilliyin şərəfinə böyük bir dövlət tədbiri keçirilə bilər, həmçinin bu, həm ikitərəfli əlaqələr, həm də regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edər".
Digər Xəbərlər
12 Mart 2026 11:31
İstehlakçılar ən çox nədən şikayətçidir?
12 Mart 2026 11:14
"İxracın həcmi artır, belə də davam edəcək" - İlham Əliyev
12 Mart 2026 11:09
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
12 Mart 2026 10:54
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi...”
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41


Bakı -°C

