Avropada qaz bahalaşdı
ABŞ-də mayeləşdirilmiş təbii qaz (LNG) ixracının artmasına, Asiyada tələbatın zəifləməsinə və təchizatla bağlı narahatlıqların azalmasına baxmayaraq, Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb.
Adalet.az xəbər verir ki, ekspertlər qitədə qaz anbarlarının doluluq nisbətinin aşağı olmasının və Hörmüz boğazı ilə bağlı risklərin qiymətin artmasına birbaşa təsir etdiyini bildirirlər. Belə ki, anbarların doluluq nisbətinin aşağı olması Avropanı təchizat fasilələrinə qarşı daha həssas edir, ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyat ehtimalı isə vacib dəniz yolları vasitəsilə LNG axınları ilə bağlı narahatlıqları artırır.
Analitiklər hesab edirlər ki, Çində LNG tələbatının zəifləməsi əlavə yüklərin Avropaya yönləndirilməsi üçün yol aça bilər və bu da mayeləşdirilmiş təbii qaz təchizatı üçün rəqabəti azalda bilər.
Gəmi izləmə məlumatlarına görə, ABŞ-nin LNG ixracı avqustdakı 10,7 milyon tonla müqayisədə sentyabrda 10,9 milyon tona yüksəlib. Avropa bazarı ABŞ-nin ümumi LNG ixracının 54 faizi (5,91 milyon ton) təşkil etməklə ən böyük paya malik olub.
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına əsasən isə Birləşmiş Ştatların LNG ixracı bu ilin birinci yarısında gündəlik orta hesabla 17,4 milyard kubfuta yüksəlib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir.
“Gas Infrastructure Europe”nın (GIE) məlumatlarına görə, Avropa İttifaqı ölkələrində təbii qaz anbarlarının doluluq nisbəti 71,5 faizdir. Bu nisbət ötən ilin eyni dövründə 82,6 faiz təşkil edib.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:00
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38


Bakı -°C

