Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
“Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması hədəflənir. Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artıdığını bildirib”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bu hədəfin reallaşmasının Azərbaycana nə qədər valyuta gətirəcəyini də açıqlayıb:
“2025-ci ildə dəmir yolları vasitəsi ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Onun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər olub. İdxal yükləri 4 milyon 723 min ton, ixrac isə 2 milyon 850 min ton olub. Dəmir yolları üzrə yük daşınmasından əldə olunan gəlir 383 milyon 996 min manat olub. Onun da 333 milyon 911 min manatı isə beynəlxalq yükdaşımaların payına düşüb.2025-ci ildə hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 2 milyard 398 milyon manat olub ki, onun da 2 milyard 397 miilyon manatı beynəlxalq yükdaşımaların payına düşüb. Ötən il beynəlxalq yükdaşımalardan dəniz nəqliyyatı üzrə 57 milyon 382 min, boru kəmərlərii üzrə 266 milyon 560 min, avtomobil yolları üzrə 204 milyon 275 min manat gəlir əldə edilibRəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 5 milyard manatdan çox gəlir əldə etməsinə imkan yaradacaq. Bu iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin və xüsusən valyuta daxillolmalarının artmasına şərait yaradacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38
Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı
30 Sentyabr 2026 14:40


Bakı -°C

