01 Iyul 2024 10:52
384
MƏDƏNİYYƏT

Ermənistan qədim abidələrimizə hücumu dayandırmır:Lori Berd qalası

Erməni mediası yenə də Ermənistandakı qədim türklərə məxsus abidələrin bərpası ilə bağlı xəbərlər yazır.


Adalet.az xəbər verir ki, bu günlərdə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin sifarişi ilə Lori vilayətində yerləşən Lori Berd qəsrinin- kilsəsinin Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış bərpa layihəsi ilə aparılan bərpa işlərinə başlanılıb.
Bu barədə Ermənistanın Tarix-Mədəni İrs Araşdırma Mərkəzi məlumat yayıb.
“Restavrasiya işlərinə müəllif nəzarətini elmi layihə işləri üzrə direktor müavini, memar Ovannes Sanamyanın rəhbərlik etdiyi elmi tədqiqat mərkəzimiz həyata keçirir.
Qrafikə uyğun olaraq tikinti sahəsi hazırlanıb. Bərpa üçün lazım olan daş növləri seçilib, damlarda yığılmış qrunt qatı təmizlənib, əsas bərpa işləri üçün meydançalar hazırlanır”, - məlumatda deyilir.
Oxucularımız üçün bildirək ki, Qərbi Azərbaycan İcmasına məxsus westaz.org-un məlumatına görə, Loru Berd qalası XI-XII yüzilliklərdə Dağ Borçalı mahalının Kolagirən çayının sol sahilindəki, Cəlaloğlu şəhərindən Stepanavan 4 km şərqdə Loru şəhərində yerləşir. Qala Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olan qaladakı məscidin iç memarlığının Şuşa Gövhərağa məscidi ilə oxşarlıq təşkil etməsi ərazidə azərbaycanlıların yaşadığını və hökmranlıq etdiyini təsdiq edir. Qarabağ bəylərbəyliyinin mahallarından biri olan Loru mahalı və onun mərkəzi olan Loru şəhəri 1236-cı ildə monqol istilası sonrası dağıdılıb və bu dağıntı nəticəsində qala da zərər görüb. XIV-XV yüzilliklərdə təmir olunsa da sonrakı dövrdə baş verən hücumlar nəticəsində yenidən dağıntıya məruz qalıb. Loru şəhəri və bölgəsi qalanın adı ilə adlandırılıb. Azərbaycanlıların yaşadığı ərazidə müdafiə məqsədilə tikilib. Mənbələrdə Lori qalası, Ermənistanın Lori əyalətinin Lori Berd kəndi yaxınlığında yerləşən XI yüzilliyə aid erməni qalası kimi təqdim olunsa da 1065-ci ildə Taşir-Dzoraget Krallığının paytaxtı olmaq üçün "David Anhoghin tərəfindən inşa edilmişdir" kimi yazılsa da ərazidə azərbaycanlıların yaşaması faktı bunu təsdiq etmir.

 Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin araşdırmasına görə, qalanın ilkin adı Loruqala olub. 

 Erməni mediası yazır ki, Qala 35 ha ərazini əhatə edir, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir.

P.S. Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayandan Ermənistan höküməti qədim türk abidə, məbəd , qala və digər mədəni irsimizə aid olan tikililərdə təmir və bərpa işlərinə başlayıb. Bunun səbəbi heç də dağılmaqda olan qədim türk tikililərini - abidələrini yenidən bərpa etmək deyil, orta əsrə aid abidələrdən və daha sonra ondan da qədim olan alban abidələrindən türk , islam izlərini silməkdir.
Artıq Ermənistanın büdcəsindən bu məkrli planı həyata keçirmək üçün vəsait də ayrılıb.

Əntiqə Rəşid