"Ermənistan sülhə maneə törədir"
Ermənistan öhdəliklərinə zidd olaraq fəaliyyət göstərir və sülh quruculuğuna maneələr törədir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
C.Bayramov həmkarına Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb.
Görüşdə Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.
Digər Xəbərlər
16 Dekabr 2025 09:52
DİN elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq etdi - VİDEO
16 Dekabr 2025 09:44
FÖVQƏLADƏ HALLAR NAZİRİ, GENERAL-POLKOVNİK KƏMALƏDDİN HEYDƏROV CƏNABLARINA
16 Dekabr 2025 09:28
Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 Dekabr 2025 09:15
14 yaşlı qızın ərə verilməsi ilə bağlı YENİ DETALLAR
15 Dekabr 2025 19:00
TƏBİB rəhbərindən nöqsanlarla bağlı xəbərdarlıq
15 Dekabr 2025 18:42
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına QƏRAR VERİLDİ
15 Dekabr 2025 18:39
Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat
15 Dekabr 2025 17:39


Bakı -°C

