Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
Payız mövsümünün gəlişi ilə əlaqədar paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, sentyabrın 12-də şəhərdə növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Adalet.az xəbər verir ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu vasitələrdən istifadə olunmaqla paytaxtın əsas küçə və prospektləri, eləcə də məhəllədaxili və ara yollar yuyulub.
Təmizlik işləri zamanı səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət məkanlarındakı oturacaqlar yuyulub, həyət və yaşayış məhəllələrində səliqə-sahman işləri görülüb. Eyni zamanda, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, onların ətraf ərazilərində abadlıq işləri aparılıb.
Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən küçə və prospektlər boyunca ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar yuyulub, qurumuş budaqlar budanıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində xəstə və qurumuş ağaclar götürülərək onların yerində Bakı iqliminə uyğun yeni ağacların əkilməsi davam etdirilib. Şəhərin park, bağ və digər yaşıllıq ərazilərində mövsümə uyğun rəngbərəng güllər əkilərək müxtəlif dekorativ kompozisiyalar yaradılıb.
Paytaxtın bütün rayonlarını əhatə edən təmizlik, abadlıq və yaşıllaşdırma tədbirləri bundan sonra da davam etdiriləcək.
Digər Xəbərlər
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13
14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - Nöqsanlar tapıldı
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42


Bakı -°C

