Ermənistan və Rusiyanın 3,7 milyard dollarlıq ticarət əlaqəsi:"Viski" 5-ci yerdə
İçi mən qarışıq bir çox soydaşlarımız gözləyirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son aylar Rusiyaya və KTMT-yə sərgilədiyi münasibətin nəticəsi ağır olacaq, Ermənistan cəzalanacaqdır.
Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu tip gözləntilər yanlışdır və Ermənistan- Rusiya arasındakı ticarət əlaqələri günü-gündən çiçəklənməyə doğru gedir. Beləki, bu il Ermənistan Rusiyaya 5,6 milyon dollar həcmində viski idxal edən ölkələr siyahısında İspaniyanı qabaqlayaraq 5-ci yerdə olub.
2023-cü ilin doqquz ayında Rusiya 262,5 milyon dollar dəyərində viski idxal edib. Bu da əvvəlki ilin yanvar-sentyabr aylarında idxalın həcmindən təxminən dörd dəfə çoxdur.
Ümumi həcmdə böyük payı yenidən Latviyanın payına düşüb, Baltikyanı respublika 190,6 milyon dollarlıq məhsul verib. Üstəlik, ötən illə müqayisədə tədarük 6 dəfədən çox artıb. İkinci yerdə olan Litva da tədarükünü əhəmiyyətli dərəcədə artıraraq, keçən illə müqayisədə 28,9 milyon dollar dəyərində viski göndərib.
İlk beşliyə Böyük Britaniya (10,4 milyon dollar, ötən illə müqayisədə 18% azalıb), Fransa (7 milyon dollar, 1,5 dəfə artıb) və daşımaları 2,5 dəfə artıran Ermənistan da (5,6 milyon dollar) yer alıb. İspaniya üçüncü yerdən altıncı yerə enərək ən böyük təchizatçılar siyahısından olmayıb.
Qeyd edək ki, 2023-cü ilin ilk yeddi ayı ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib.
Erməni rəsmiləri bildirib ki, ticarətin ümumi həcminin 2 milyard dolları Ermənistandan, 1,7 milyard dolları isə Rusiyadan ixrac edilib:"Bu, keçən illə müqayisədə 70% çoxdur və ötən il 2021-ci illə müqayisədə dövriyyəmiz ikiqat olub. Yəni, ticarət kifayət qədər sürətlə artır, lakin biz görürük ki, bu, hədd deyil və biz müxtəlif sahələrdə əməkdaşlığımızı artırmaq niyyətindəyik".
Əntiqə Rəşid
Digər Xəbərlər
01 Yanvar 2026 08:59
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi
31 Dekabr 2025 09:45
Daha bir ölkə avroya keçir
30 Dekabr 2025 18:00
Bank hesablarının məsafədən açılması ilə bağlı yeni qərar
30 Dekabr 2025 17:29
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi
30 Dekabr 2025 15:37
SOCAR Rumıniyada 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verdi
30 Dekabr 2025 15:10
Azərbaycanda benzin və dizel BAHALAŞDI
30 Dekabr 2025 15:06
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi
30 Dekabr 2025 12:23


Bakı -°C

