Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Çinin Sincan-Uyğur Muxtar Rayonunda boks üzrə böyüklər və gənclər (U-19) arasında beynəlxalq “Kəmər və Yol” turniri keçirilib. Yarışda iştirak edən Azərbaycan milli komandaları 10 (2-3-5) medal qazanıblar.
Adalet.az xəbər verir ki, dünya çempionatına hazırlaşan U-19 yığmamızın heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar. Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.
Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.
Digər Xəbərlər
28 Sentyabr 2026 17:58
“Parma” baş məşqçisi ilə yollarını ayırdı
28 Sentyabr 2026 09:48
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
28 Sentyabr 2026 09:11
Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48
Azərbaycan - Litva qarşılaşması üçün start heyətlər açıqlandı
27 Sentyabr 2026 14:16
Roberto Karlos milyonlarla sərvətini itirdi
27 Sentyabr 2026 12:26
Modriç Xorvatiya millisindəki rekordunu yenilədi
26 Sentyabr 2026 23:25


Bakı -°C

