Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur”
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında noyabrın əvvəllərində Moskvada yeni razılaşmanın imzalanacağı ilə bağlı xəbərə reaksiya verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o belə bir sənədin imzalanmasını təkzib etməyib.
“Hazırda müxtəlif formatda görüşlər barədə təkliflər daxil olur. İstisna olunmur ki, görüşlərdən birində tərəflərin öncədən razılaşdırdığı sənəd imzalansın. Amma məhz mətbuatda adı çəkilən sənədlərin imzalanması planlaşdırılmır”-, deyə Mirzoyan söyləyib.
Ararat Mirzoyan hazırda Azərbaycan və Ermənistan liderləri arasında konkret görüş tarixinin razılaşdırılmadığını əlavə edib.
Digər Xəbərlər
01 May 2024 17:37
Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 16:10Tokayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı
01 May 2024 16:09Adibekyan:" Qoşunlarımız Göyçəni tərk edir, Göyçə gölü bölünür, Çəmbərək və Cil..."
01 May 2024 15:37