Ermənistanda Azərbaycan dili dərslikləri təqdim edildi
Vəkil Hovik Yegiazaryanın müəllifi olduğu Azərbaycan dili 1, Azərbaycan dili 2 və Azərbaycan dili 3 dərslikləri təqdim edilib.
Adalet.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"Bu dərsliklər müstəqil öyrənmə üçündür. Dərsliklər Azərbaycan dili ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub və ümumi orta məktəblərdə də istifadə edilə bilər. Ümumilikdə, üç kitab müasir Azərbaycan dilinin əsas fonetik xüsusiyyətlərini, qrammatika əsaslarını və lüğətini tam şəkildə təqdim edir. Dərsliklərdə çalışmalar, dialoqlar, mətnlər və lüğətlər təqdim olunur", - deyə o qeyd edib.


Bakı -°C

