adalet.az header logo
  • Bakı -°C
25 Dekabr 2025 14:30
104
GÜNDƏM
A- A+

"Ermənistandan mallar tezliklə Azərbaycana ixrac olunacaq" - Paşinyan

"Ümid edirəm ki, Ermənistandan mallar tezliklə Azərbaycana ixrac olunacaq".

Adalet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. 

Paşinyan Qazaxıstandan, daha sonra isə Rusiyadan buğda idxalına qoyulan qadağanın aradan qaldırıldığını və Ermənistandan əks istiqamətdə (Gürcüstan və Azərbaycandan tranzitlə – red.) qatar hərəkətinə heç bir məhdudiyyət qoyulmadığını vurğulayıb.

“Bəs niyə qatarlar Ermənistandan yola düşmür? Çünki əməliyyatlarımız tək bir yük maşınının məntiqinə əsaslanır, çünki qatarı yükləyib müəyyən bir istiqamətə göndərmək mürəkkəb bir prosesdir; tələb olunan miqdarda malları bir yerdə cəmləşdirməliyik”, - deyə Ermənistanın Baş naziri qeyd edib.