Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
Adalet.az xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Digər Xəbərlər
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
25 Oktyabr 2025 12:13 Bakı metrosunda İNSİDENT: həbs edilənlər var
25 Oktyabr 2025 12:12 

Bakı -°C 










