TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq

Hazırda bölgələrdə süd vəzi xərçəngi ilə bağlı müayinələr keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" adlı tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, müayinələrin nəticələri il sonuna qədər açıqlanacaq:
"Bu xəstəliklə bağlı maarifləndirmənin rolu böyükdür. Xüsusilə də süd vəzi xərçəngi ilə bağlı qadınların maariflənməsi vacibdir. Bakıda bu əlçatan olsa da, bölgələrdə də təbliğat önəmlidir".
TƏBİB rəsmisi həmçinin əlavə edib ki, maarifləndirmə tədbirləri Qarabağda da həyata keçirilir:
"Çünki orada canlanan həyat sağlam təməl ilə ayağa qalxmalıdır".
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.
Digər Xəbərlər
27 Oktyabr 2025 13:01 İmmun sistemini dəstəkləyən qidalar - VİDEO
27 Oktyabr 2025 12:08 Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir
24 Oktyabr 2025 11:17 "Bu xəstəlik ağciyərə mənfi təsir göstərir"
23 Oktyabr 2025 17:26 Ət alarkən bunlara diqqət yetirin - VİDEO
23 Oktyabr 2025 12:55 Dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi forması təsdiqləndi
23 Oktyabr 2025 11:52 Azərbaycanda tələbə dabaq xəstəliyinə yoluxub? - RƏSMİ
23 Oktyabr 2025 10:07 Dövlət qeydiyyatına hansı dərmanlar alınır?
23 Oktyabr 2025 10:06 

Bakı -°C 






