Ət alarkən bunlara diqqət yetirin - VİDEO

Hazırda ölkə üzrə 120-dən çox müasir standartlara cavab verən və baytar mütəxəssislərin daimi nəzarəti altında olan heyvan kəsimi məntəqələri fəaliyyət göstərir.
Adalet.az xəbər verir ki, mövcud infrastruktur ölkənin ət və ət məhsullarına olan tələbatını tam qarşılayır.
Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Kəsimdən sonra cəmdəklərə baytarlıq-sanitariya ekspertizası aparılır və soyudularaq saxlanılır. Daha sonra ətin üzərinə rəsmi baytarlıq möhürü vurulur və müşayiətedici sənədlərlə ticarət şəbəkələrinə göndərilir.
AQTA vətəndaşlara yalnız kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrindən ət məhsulları almağı tövsiyə edir.
Ət alarkən:
- Rəsmi baytarlıq möhürünə diqqət yetirin
- Baytarlıq sənədlərini satıcıdan tələb edin
Digər Xəbərlər

Dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi forması təsdiqləndi

Azərbaycanda tələbə dabaq xəstəliyinə yoluxub? - RƏSMİ

Dövlət qeydiyyatına hansı dərmanlar alınır?

Səhiyyə Nazirliyi etibarlı dərmanları necə təsdiq edir?

Bakıda 17 yaşlı yeniyetmənin bağırsağından taxta çıxarılıb

Azərbaycanda vərəmə yoluxma sayı azalmaqdadır

Dabaq xəstəliyi alıcıları qorxuya saldı - bazarda vəziyyət ürəkaçan deyil - VİDEO
