Bakı metrosuna ayrılan subsidiya 45 %-ə yaxın artırılır

2026-cı ildə Azərbaycanın dövlət büdcəsində "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, metroda sərnişindaşıma xidməti üzrə gedişhaqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 40,0 milyon manat subsidiya nəzərdə tutulub.
Bu, 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.
Digər Xəbərlər

Gələn il bütün növ əmək pensiyaları artırılacaq

Aylıq gəliri 8 min manatdan çox olanlar sosial vergini fərqli formada ödəyə bilər

Lisenziya müqaviləsinin forması və bağlanılma qaydaları təsdiqləndi

“Quru sərhədlərinin bağlanması Gürcüstanda yaşayan vətəndaşlarımız üçün...”

Ünvanlı sosial yardım alanlara şad xəbər: Bu qədər artım olacaq

"Azərbaycan çoxşaxəli siyasi-iqtisadi əməkdaşlıq xəttini ardıcıl şəkildə inkişaf etdirir"

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır
