Gələn il bütün növ əmək pensiyaları artırılacaq

""Əmək pensiyaları haqqında" qanuna əsasən, hər il əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilərək artırılır".
Bunu Adalet.az- açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2026-cı ilin yanvar ayında da əmək pensiyaları indeksləşdirilərək artırılacaq.
"Bu, bütün növ əmək pensiyalarını əhatə edəcək. 1 milyon 100 min vətəndaşımızın əmək pensiyalarında artımlar olacaq. Həm yaşa, həm əlilliyə, həm də valideynlərini itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri artırılacaq. Təbii ki, pensiya məbləğlərindəki artımlar orta pensiya məbləğinə təsir göstərir. Bu baxımdan gözlənilir ki, 2026-cı ildə orta pensiya məbləği 2025-ci illə müqayisədə artacaq.
Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı xərclər nəzərdə tutulduğundan qanunvericiliyin tələbi olduğuna görə bu, növbəti ilin yanvar ayında reallaşacaq. Bu, həm orta pensiyanın, həm də median pensiyanın məbləğinin artmasına imkan verəcək. Növbəti il orta pensiya məbləğlərində artımların olacağı proqnozlaşdırılır ki, bu da birbaşa bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlıdır".
Qeyd edək ki, 2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9 faiz artmaqla 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır.
Digər Xəbərlər

Bakı metrosuna ayrılan subsidiya 45 %-ə yaxın artırılır

Aylıq gəliri 8 min manatdan çox olanlar sosial vergini fərqli formada ödəyə bilər

Lisenziya müqaviləsinin forması və bağlanılma qaydaları təsdiqləndi

“Quru sərhədlərinin bağlanması Gürcüstanda yaşayan vətəndaşlarımız üçün...”

Ünvanlı sosial yardım alanlara şad xəbər: Bu qədər artım olacaq

"Azərbaycan çoxşaxəli siyasi-iqtisadi əməkdaşlıq xəttini ardıcıl şəkildə inkişaf etdirir"

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır
