Ermənistanın hərbçilərlə bağlı qərarı: Ayda hər itkin hərbçi ailəsinə 782.67 dollar müavinət
Ermənistan höküməti mayın 16-da keçirilən iclasda 44 günlük müharibədə itkin düşən hərbçilərlə bağlı yeni qərar qəbul edib.
Beləki müharibədə itkin düşən 24 hərbçinin ailələrinə aylıq 300 min dram (782.67 dollar - Azərbaycan manatı ilə 1330 manar-red-Ə.R) yardımın iyun ayı daxil olmaqla 2 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Qərar layihəsinin qəbul edildiyi halda 2024-cü ilin may-iyun ayları üçün itkin düşmüş 24 hərbçinin ailələrinə dəstəyin göstərilməsi üçün maliyyə hesablaması 14 milyon 400 min dram təşkil edir.
Zəruri vəsaitin 2024-cü il dövlət büdcəsində Ermənistan Respublikasının Əmək və Sosial Məsələlər Nazirliyinə ayrılmış vəsaitlərin yenidən bölüşdürülməsi yolu ilə cəlb edilməsi planlaşdırılır.
Qeyd edək ki, müavinət 44 günlük müharibə bitdikdən sonra təyin edilib.Vaxtının uzadılması isə hələki hərbçilərin cəsədlərinin tapılmaması ilə əlaqədardır.
P.S.Ermənistan hökümətinin I, II, III qrup hərbçi əlillər üçün böyük məbləğdə müavinət verdiyi sadəcə bir mifdir. Onların birinci qrup hərbçi -əlili, başqa sözlə desək "artsax" müharibəsində şikəst olmuş hərbçiyə ödədiyi müavinət təxminən 200-220 manat civarındadır.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00


Bakı -°C

