"Ermənistanın yeni konstitusiyaya ehtiyacı var" - Paşinyan

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, onun konkret məqsədi olmalı və bugünkü Ermənistanın mövcud reallığını ifadə etməlidir.
Adalet.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbirdə söyləyib.
Onun sözlərinə görə, konstitusiya ilə “real Ermənistan” ideologiyası kəsişir. “500 illik tariximizdən fərqli olaraq, indi başqa reallıq mövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunu şərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yeni konstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraq göstərməlidir”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl də Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Danilyan yeni konstitusiyaya ehtiyac olduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarını bildirmişdi.
Digər Xəbərlər

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Ukraynada çoxsaylı vətəndaşlığa icazə verilib

Ermənistan Fransaya hərbi attaşe təyin edib

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Danimarka, Niderland və İsveç Ukraynaya silah yardımına qoşulacaq

Türkiyənin hava məkanında rekord tranzit uçuş qeydə alındı

15 iyul Türkiyə üçün lakmus sınağı rolunu oynadı - Ərdoğan
