07 Oktyabr 2025 15:23
95
SİYASƏT

Ersin Tatar: Azərbaycanın Zəfəri ədalətin, Böyük Türk dünyasının zəfəridir

Bu Zirvə görüşünə dəvətə görə Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə təşəkkür edirəm.

Adalet.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə bildirib.

Ersin Tatar deyib ki, bu Zirvə görüşü Azərbaycanın Zəfərinin 5-ci ildönümünə təsadüf edir: “Azərbaycanın Zəfəri ədalətin, Böyük Türk dünyasının zəfəridir. Türk Dünyası birlik olanda hər çətinliyin öhdəsindən gəlmək olur. Biz Azərbaycanın haqlı davasında hər zaman yanında olduq və olmağa da davam edəcəyik. Biz bu gün təkcə bir araya gəlmirik, ortaq gələcəyimizi formalaşdırırıq”.

O, Türk dövlətlərinin birliyinin önəmini vurğulayıb.

“Qarabağ fatehi Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm”, - Ersin Tatar vurğulayıb.