Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 10-da keçiriləcək.
Adalet.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
2. "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
5. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
6. "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
11. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
13. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Digər Xəbərlər
13 Iyul 2026 21:30
Slovakiya prezidenti Füzuliyə gəldi
13 Iyul 2026 20:56
"Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz" - İlham Əliyev
13 Iyul 2026 20:40
Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
13 Iyul 2026 20:32
"Nə Ukrayna xalqının, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi"
13 Iyul 2026 20:26
"Kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq" - Ölkə başçısı
13 Iyul 2026 20:11
Ölkəsinə qayıtmaqda çətinlik çəkən jurnalistə Prezidentdən təklif
13 Iyul 2026 19:41
Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib
13 Iyul 2026 19:27


Bakı -°C

