Ərdoğan TDT-nin Qəbələdəki Zirvə Görüşü ilə bağlı paylaşım edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib.
Adalet.az xəbər verir ki, R.T.Ərdoğan "X" hesabındakı paylaşımında Zirvə Görüşündə imzalanan Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıb.
"Təşkilat cəmi 16 il kimi qısa bir müddətdə "dildə, fikirdə, işdə birlik" şüarı ilə mühüm uğurlara imza atıb, indi isə bu uğurlara yenilərini əlavə edirik", - deyə o qeyd edib.
Prezident, həmçinin bu gün TDT ölkələrinin razılığa gəldiyi "TDT+" formatının üçüncü tərəflərlə əməkdaşlığa yeni bir nəfəs gətirəcəyinə inandığını vurğulayıb:
"Terrorizmdən qanunsuz miqrasiyaya, kibertəhdidlərdən iqlim dəyişikliyinə qədər bütün bu problemlərə ortaq mövqe ilə cavab verə biləcəyimizi və öz göy qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizi düşünürəm. Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahəsindəki təşəbbüslərimizi də bu yanaşmanın tamamlayıcı hissələri hesab edirik. Aramızdakı enerji və rabitə əlaqələrini daha da effektivləşdirəcək layihə və investisiyalara diqqət yetirmək hamımızın xeyrinədir. Cənubi Qafqazdakı prosesləri sadəcə izləməkdə qalmır, bölgədə sülh və sabitliyin təmin olunması üçün atılan addımları səmimi şəkildə dəstəkləyirik".
Digər Xəbərlər
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41


Bakı -°C

