"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
"Ötən illər ərzində görülən işlər nəticəsində Azərbaycan hökuməti süni intellektə hazırlıq indeksi üzrə 195 ölkə arasında artıq 70-ci yerə gəlib çıxıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
“Biz həm yaxın regionda, yəni Mərkəzi Asiyada da orta göstəricidən də yuxarıyıq, ən yüksək yerlərdən birini tutmuşuq. Qafqazda aydın məsələdir ki, ilk yerdəyik. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının elektron hökumətin inkişafı indeksində də biz artıq çox yüksək inkişaf etmiş ölkələr kateqoriyasına daxil olmuşuq”, - deyə nazir müavini bildirib.
S.Əsədov qeyd edib ki, qarşıdakı əsas hədəf bu dinamikanı davam etdirmək, süni intellektin ölkəmizdə dayanıqlı inkişaf, rəqabətqabiliyyətli iqtisadiyyat və səmərəli dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir.
Digər Xəbərlər
14 Aprel 2026 10:51
Azərbaycanda dollarlaşma azalır
14 Aprel 2026 10:38
Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB
14 Aprel 2026 10:10
Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdirib – Millət vəkili
13 Aprel 2026 17:02
Ötən il aktivlər və kredit portfelləri üzrə təmərküzləşmə azalıb
13 Aprel 2026 12:44
"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat
13 Aprel 2026 12:29
"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat
13 Aprel 2026 12:13
"Proseslərin elektronlaşması problemi tam həll etmir" - Vüqar Gülməmmədov
13 Aprel 2026 11:33


Bakı -°C

