“Əsəd hökuməti buna görə devrildi”
"Suriyada vəziyyətin sürətli inkişafına keçmiş prezident Bəşər Əsədin ölkədəki sosial problemlərin öhdəsindən gələ bilməməsi səbəb olub".
Adalet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
"Artıq onu da demək olar ki, vəziyyətin pisləşməsinin səbəblərindən biri də uzun sürən vətəndaş qarşıdurması şəraitində əvvəlki rəhbərliyin əhalinin əsas tələbatını ödəyə bilməməsi olub. Cəmiyyətdə etiraz əhval-ruhiyyəsi artır, vətəndaşların hökumətə dəstəyinin səviyyəsi dayanmadan azalırdı", - nazir vurğulayıb.
Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.
Digər Xəbərlər
02 Yanvar 2025 12:02
ABŞ-ni qana boyayan şəxs ailəsini də öldürmək istəyib
02 Yanvar 2025 10:18Mask Baydeni dövlətə xəyanətdə ittiham edib
02 Yanvar 2025 10:08Bayden: Nyu-Orleandakı terror aktı ilə Las-Veqas partlayışı arasında əlaqə araşdırılır
02 Yanvar 2025 09:38BMT Baş katibi Nyu-Orleandakı terror aktını qətiyyətlə pisləyib
02 Yanvar 2025 09:15