02 Yanvar 2025 08:54
388
DÜNYA

Nyu-Orleanda sürücü maşınını insanların üzərinə sürdü: 15 nəfər öldü

ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı azı 15-ə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə “CBS News”a rəsmi şəxslər bildirib.

“Yeni il gecəsi Nyu-Orleanın Fransız məhəlləsindəki Burbon küçəsində bir kişi pikap avtomobilini qəsdən insan izdihamının üzərinə sürüb. Rəsmilərin bildirdiyinə görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub və onlarla insan xəsarət alıb”, – telekanal qeyd edib.

Xatırladaq ki, daha əvvəl hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi açıqlamışdı. Bundan başqa, Federal Təhqiqat Bürosu hadisəni “terror aktı kimi təhqiq edəcəyini” elan etmişdi.

17:03

ABŞ-nin Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi “Fox News”a bildirib.

Qeyd olunub ki, avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.

16:23

ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Adalet.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.

"İlkin məlumatlara görə, avtomobil, çox güman ki, bir qrup insana çırpılıb. Xəsarət alanlar barədə məlumat olmasa da, ölüm hallarının olduğu bildirilir", - yerli polis idarəsindən qeyd olunub.