Əsgəranda 70 nəfər işlə təmin olunacaq: Yeni zavod
Xocalı rayonunun Əsgəran qəsəbəsində yeni layihənin icrasına başlanılıb.
Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, nazirliyə məxsus Azərbaycan İnvestisiya Şirkəti ASC və Star Mining MMC-nin birgə təsis etdiyi Shahbulag Mining MMC daha bir layihənin icrasına başlayıb:
"İllik istehsal gücü 60 000 ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Zavod işğaldan azad edilmiş ərazilərin infrastrukturunun və sənaye potensialının gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə verəcək".
Digər Xəbərlər
25 Oktyabr 2024 16:11
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqləndi
25 Oktyabr 2024 16:10Prezident bu postu ləğv etdi - FƏRMAN
25 Oktyabr 2024 10:25Ağdərədə ermənilərin gizləndiyi bunkerin GÖRÜNTÜSÜ - VİDEO
25 Oktyabr 2024 07:48Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 İL ÖTÜR
24 Oktyabr 2024 14:55