Estafet zamanı Olimpiya məşəli söndü
Olimpiya alovunun məşəli hazırda Yaponiyanın Fukusima prefekturasından keçən estafet zamanı sönüb.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məşəl dərhal yenidən yandırılıb və bundan sonra yürüş davam edib.
Estafet martın 25-də Fukusimadakı “J-Village” futbol-təlim mərkəzindən başlanılıb. Ümumilikdə 121 gün davam edəcək estafetdə təxminən 10 min nəfərin iştirakı gözlənilir. Olimpiya məşəli ölkənin 47 prefekturasındakı 859 bələdiyyənin ərazisindən keçəcək.
Xatırladaq ki, Tokio Olimpiya Oyunları 23 iyul-8 avqust tarixlərində keçiriləcək.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00