adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 May 2024 11:18
546
DÜNYA

Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?

 Rusiyayönümlü hakim "Gürcü arzusu" partiyasınin liderləri gürcü xalqının etirazına  baxmayaraq, xarici agentlərlə bağlı qanun layihəsini qəbul etməkdə israrlıdır. 

 Hazırda Rustaveli prospektində çoxsaylı etirazçılar toplaşıblar. Onların əsas hissəsi Gürcüstan parlament binasına  daxil olmağa cəhd edirlər. Polis qüvvələri isə onları dağırmağa cəhd edir. 

  Baş nazir İrakli Kobaxidze dünən səhər hüquq mühafizə orqanlarının işçilərini aksiya iştirakçılarına qarşı maksimal dərəcədə səbrli davranmağa çağırıb. 

  Lakin, məlum olub ki, elə həmin gün köməyə çağrılan  xüsusi təyinatlılar etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. 

  Parlament binası ətrafında ciddi qarşıdurmalara baxmayaraq, deputatlar səs çoxluğu ilə qanun layihəsini ikinci oxunuşda da  qəbul ediblər. Əgər bu qanun üçüncü oxunuşda da qəbul olunarsa, Gürcüstanın qərbyönümlü prezidenti Saloma Zurabişvili söz verdiyi kimi qanun layihəsini imzalamaqdan imtina edəcək. Belə olan halda parlament prezidentin vetosunu keçmək üçün, yalnız dörd həftədən sonra təkrar qanun layihəsini müzakirəyə çıxara biləcək. 

  Rüstəm Hacıyev