Kobaxidze Türkiyəyə getdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.
Adalet.az xəbər verir ki, bu bardə Gürcüstan hökümət administrasiyası məlumat yayıb.
Məlumata görə, İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşəcək, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, nümayəndə heyətinə iqtisadiyyat naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İlya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.
Digər Xəbərlər

Erməni deputat və katib toxunulmazlıqdan məhrum edildilər

Tanınmış iş adamı bu maddə üzrə ittiham olunur

Rusiyalı nazirin intihar etdiyi yerdən GÖRÜNTÜLƏR - VİDEO
